Pakistanda sel və daşqın olub, 13 nəfər ölüb, 12 nəfər yaralanıb

Pakistanda sel və daşqın olub, 13 nəfər ölüb, 12 nəfər yaralanıb

Pakistanda 4 gündür davam edən güclü yağış nəticəsində 13 nəfər ölüb, 12 nəfər xəsarət alıb.
 
Maide.Az “Report”a istinadən xəbər verir ki, bunu Pakistanın Bəlucistan əyalətinin informasiya naziri Zahur Əhməd Buledi deyib.
 
Onun sözlərinə görə, Bəlucistanda martın 1-dən 4-dək yağan güclü yağışlar nəticəsində sel və daşıqınlar baş verib. Nəticədə torpaq sürüşməsi, yarıqlar əmələ gəlib. Təbii fəlakət bölgəsindən 28 min nəfər köçürülüb.
 
Güclü yağış əyalətin 9 rayonunu əhatə edib və həmin ərazilərdə 5 min çadır qurulub, əhaliyə humanitar yardım göstərilib. 

Google+ WhatsApp ok.ru