Pakistanda təhlükəsizlik yüksək səviyyədə, məktəblər tətil edilib

Pakistanda keçmiş Pəncab Əyaləti qubernatoru Salman Tasirini "İslam dinini qoruyan qanunlara müxalif olduğu" ittihamı ilə öldürən mühafizəçisi Mümtaz Qədirinin edam edilməsindən sonra İslamabad və Ravalpindidə təhlükəsizlik tədbirləri artırılıb, məktəblər tətil edilib.
 
Maide.az xəbər verir ki, Qədirinin edam edilməsi əleyhinə aksiyaları keçirilməsi ehtimalına qarşı İslamabaddakı hökumət binaları və diplomatik korpuslara gedən yollar ilə Ravalpindidəki əsas yollar nəqliyyata bağlanıb. Bundan başqa, sözügedən iki şəhərdə təhlükəsizlik tədbirləri artırılıb.
 
Qədirinin edam edilməsinə dünən də Pakistanda bəzi şəhərlərdə etiraz edilmişdi.
 
Təxminən 100 milyon insanın yaşadığı, ölkənin əhalisi ən böyük əyaləti Pəncabın qubernatoru Tasir, 4 yanvar 2011-ci ildə paytaxt İslamabaddakı "Kohsar Market"də o vaxt yaxın mühafizəçisi olan Qədiri tərəfindən, İslam dininə təhqiri cəzalandıran qanunlara müxalif olduğu üçün öldürülmüşdü.

Google+ WhatsApp ok.ru