Pakistanda tələbələrin kütləvi etiraz aksiyaları keçirilib 30 Noyabr 2019 08:37 Dünya Pakistanda cümə namazından sonra on minlərlə tələbə və insan hüquqları müdafiələri ölkənin ən böyük şəhərlərində toplaşaraq etiraz aksiyaları keçirib. Maide.Az "APA"-a istinadən xəbər verir ki, nümayişçilərin əsas tələbləri tələbə ittifaqlarının - tələbə hüquqlarının qorunması ilə məşğul olan ictimai təşkilatların yenidən bərpası, həmçinin universitetlərin ərazisində siyasi fəaliyyətlə məşğul olmağa icazə verilməsi olub. Pakistanın Elm və Texnologiya naziri Favad Çoudri də tələbələrlə həmrəy olduğunu bildirib. O, tələbə birliklərinin bərpasını tamamilə dəstəklədiyini deyərək, bu qadağanı anti-demokratik addım kimi qiymətləndirib. Qeyd edək ki, Pakistanda tələbə birliklərinin fəaliyyətinə qadağa 1984-cü ildə prezident Ziya-ul-Haq tərəfindən tətbiq edilib. Həmçinin həmin ildən kollec və universitetlərə qəbul olunan tələbələrdən təhsil müəssisələrinin ərazisində hər hansı siyasi fəaliyyətlə məşğul olmayacaqları barədə müvafiq sənədə imza atmaları tələb olunurdu. Yerli mütəxəssislərin fikrincə, tələbələrin hüquqlarını qoruyan birliklərə qoyulan qadağa bir sıra mənfi nəticələrə, o cümlədən qadın hüquqlarının pozulmasına, korrupsiyanın inkişafına, eləcə də təhsilin keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Teqlər : #Pakistanda,#tələbələrin,#kütləvi,#etiraz,#aksiyaları,#keçirilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Livanda ABŞ-ın müdaxiləsini pisləyən etiraz mitinqi keçirilib İraqın baş naziri istefa haqqında ərizəni parlamentə təqdim edib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO