Pakistanda tanınmış şiə ruhani həbs olundu

Təhlükəsizlik qüvvələri Pakistan Müsəlmanları Vəhdət Şurasının Gilgit-Baltistan bölgəsi  üzrə katibi tanınmış ruhani Nəyyir Müstəfəvini həbs edib. 
 
Maide.az xəbər verir ki, həbs olunan ruhani Yəmən xalqını dəstəkləməkdə ittiham olunur.  Belə ki, N.Müstəfəvi əhalini Yəmən xalqına dəstək olmaq və Ali Səud rejiminin bu ölkədə törətdiyi cinayətləri pisləmək məqsədi ilə təşkil olunacaq dinc aksiyada iştirak etməyə çağırdığı üçün saxlanılıb. 
 
Pakistan Müsəlmanları Vəhdət Şurasının baş katibi  Raca Nasir Abbas Cəfəri hökumətin bu addımını pisləyib və ruhani Müstəfəvinin dərhal azadlığa buraxılmasını tələb edib. 
 
Raca Nasir Abbas Cəfəri deyib ki, Pakistanda dinc aksiyaların təşkili hər bir vətəndaşın haqqıdır və bizim bunun üçün icazəmiz var , bu haqqı əlimizdən ala bilməzlər.  “Hökumət müxaliflərdən müxtəlif bəhanələr gətirərək intiqam  almaq, günahsız insanları həbs etmək əvəzinə ölkənin sabitliyini təhlükəyə atan ifratçı qruplara qarşı addımlar atsın.” /
 
Xəbərlərimizi Maide.az-ın facebook səhifəsində də izləyə bilərsiniz.
 
 

Google+ WhatsApp ok.ru