Pakistanda terror hadisəsi

Pakistanda terror hadisəsi

Pakistanda minalanmış avtomobil polis bölməsinə çırpılıb, ölən və yaralananlar var
 
Hələlik terror qruplaşmalarından heç biri hücuma görə məsuliyyəti üzərinə götürməyib.
 
Pakistanın şimal-qərbində yerləşən Xayber Paxtunxva əyalətinin Bannu bölgəsində terrorçu-kamikadzenin hücumu nəticəsində azı iki polis əməkdaşı yaralanıb.
 
"Report" TASS-a istinadən xəbər verir ki, naməlum şəxs səhər saatlarında bomba yüklü avtomobillə Mandan kəndinin polis bölməsinin qapısına çırpılıb. 
 
Partlayış nəticəsində bölmənin girişində növbədə olan iki polis əməkdaşı yaralanıb, sükan arxasında olan terrorçu-kamikadze isə ölüb.
 
Əyalətdə mövcud terror qruplaşmalarından heç biri hücuma görə məsuliyyəti üzərinə götürməyib. /

Google+ WhatsApp ok.ru