Pakistanda uşaqlarla dolu avtobus kanala düşdü, ölənlər var

Pakistanda uşaqlarla dolu avtobus kanala düşdü, ölənlər var

Pakistanın Hayber-Paxtunxva əyalətində “çinçi” adlanan üçtəkərli mikroavtobusun kanala düşməsi nəticəsində uşaqlar da daxil olmaqla, 20 nəfər həyatını itirib.
 
Həmin şəxslər toydan qayıdırmış.
 
Səlahiyyətlilər bildirib ki, Paroa qəsəbəsi yaxınlığında meydana gələn qəzadan üç nəfər xilas edilib. Sərnişinlərin əksəriyyəti uşaq olub.
 
İtkin düşən dörd nəfərin axtarış-xilasetmə işləri davam edir./ oxu.az/
 

Google+ WhatsApp ok.ru