Pakistanda vəkillər məhkəmə binasına hücum etdilər

Pakistanda vəkillər məhkəmə binasına hücum etdilər

-- Hücumda qadın vəkillərdə iştirak edib

Pakistanın Multan şəhərində vəkillər onlara yeni otaqlar verilmədiyi səbəbi ilə yeni məhkəmə binasına basqın ediblər.

Asiya İnkişaf Bankının dəstəyi ilə tikilən və ötən ay xidmətə verilən Multan Məhkəmə Binası vəkillər tərəfindən hücuma məruz qalıb.

Məhkəmə binası qarşısında polis maneələrini aşan vəkillər binanın pəncərələrinin şüşələrini və qapılarını sındırıblar.

Qadın vəkillərin də dəstək verdiyi hücum zamanı bina istifadəsiz hala salınıb. 

Faktla bağlı Pakistan Daxili İşlər Nazirliyi istintaq başladıb və hücumda iştirak edənlərin cəzalandırılacağını qeyd edib.(eastnews)

Google+ WhatsApp ok.ru