Pakistanda yaşayış binasında partlayış olub, ölənlər var

Pakistanda yaşayış binasında partlayış olub, ölənlər var

Pakistanda yaşayış binasında partlayış olub, ölənlər var.

 
APA-nın “Əl-Cəzirə”yə istinadən verdiyi xəbərə görə, Kəraçi şəhərinin cənubunda, Kəraçi Universitetinə yaxın ərazidə yerləşən yaşayış binasında baş vermiş partlayış nəticəsində ən azı 5 nəfər həlak olub, 20-dən artıq şəxs yaralanıb. 
 
Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.