Pakistanda zəlzələ 24 nəfərin həyatına son qoydu

Pakistanda zəlzələ 24 nəfərin həyatına son qoydu

Pakistanda ötən gün 5.8 bal gücündə baş verən zəlzələ azı 24 nəfərin ölümünə səbəb olmuş, daha 450 nəfər yaralanmışdır.
 
Maide.Az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat verib.
 
Xatırladaq ki, sentyabrın 24-də, ölkənin şərq hissəsində Hindistanla sərhəddə güclü zəlzələ baş verib. Şəhərlərdə evlər dağılıb, maşınlar yollardan çıxıb və yollarda dərin çuxurlar olan böyük çatlar əmələ gəlib.
 
Yerli hakimiyyət nümayəndələrinin sözlərinə görə, vəziyyət artıq sabitləşir və bölgə sakinləri normal vəziyyətə qayıdırlar. Hazırda xilasetmə işləri hələ də davam edir.
 
Həmçinin 21 sentyabrda Albaniyanın paytaxtı Tiranada, həmçinin Durres liman şəhərində son 30 ildə ölkədə ən güclü zəlzələ baş vermişdi.

Google+ WhatsApp ok.ru