Pakistan Kəşmirdə fövqəladə vəziyyət elan etməyə çağırıb

Pakistan Kəşmirdə fövqəladə vəziyyət elan etməyə çağırıb

Pakistan Kəşmirdə fövqəladə vəziyyət elan etməyə çağırıb.

Maide.Az "Anadolu" agentliyinə istinadla xəbər verir ki,  Pakistan Xarici İşlər Naziri Şah Mahmud Kureişi İsveçrədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom ilə görüşdə Cammu və Kəşmirdə  səhiyyə məsələləri əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq edilməsini istəyib. 

Pakistanın BMT yanında Daimi Nümayəndəliyindən verilən məlumata görə, Kureişi ÜST- dan Cammu və Kəşmirin 15 milyonluq əhalisinin tibbi ehtiyaclarını ödəmək üçün öhdəliklərini yerinə yetirməyə çağırıb.

Hindistanın işğalı altında olan Cammu və Kəşmirin muxtar statusuna zəmanət verən konstitusiyanın 35A və 370 maddələri Hindistan hökuməti tərəfindən 5 Avqustda qanunsuz olaraq ləğv edilib.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet, Hindistan hökumətinin Cammu və Kəşmirdəki son hərəkətlərindən, o cümlədən internetə girişi məhdudlaşdıran və dinc aksiyalar keçirən yerli siyasətçilərin və fəalların tutulmasından narahatlığını bildirib.

Avqustun 5-də Hindistan hökuməti Konstitusiyanın 370-ci maddəsinə dəyişiklik edərək Cammu və Kəşmirin xüsusi muxtariyyət statusunun ləğvi təklifini parlamentə təqdim edib. Parlament təşəbbüsü təsdiqləyib, bu isə İslamabadda güclü narazılığa səbəb olub.

Pakistan Hindistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmaqda günahlandırıb və cavab tədbirlərinə hazır olduğunu bildirib. 

Hindistan və Pakistan arasındakı münasibətlər, son 30 ildə bölgədəki ən qanlı hadisəyə çevrilən 14 fevral 2019-cu ildə terror hücumunun baş verdiyi Cammu və Kəşmirdəki hadisədən sonra kəskin şəkildə pisləşib. Hücum Hindistanın Mərkəzi Polis ehtiyatının 45 əməkdaşının həyatına son qoyub, 35 insan yaralanmışdır. Buna cavab olaraq, Hindistan Hərbi Hava Qüvvələri Pakistan ərazisinə zərbə endirib. Dehlinin şərhinə görə, zərbə terror düşərgəsinə endirilib. 

Google+ WhatsApp ok.ru