Qəbul imtahanının nəticələri iki həftəyə elan olunacaq - DİM

Qəbul imtahanının nəticələri iki həftəyə elan olunacaq - DİM

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 15 iyulda keçirilən II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının nəticələrinin elan olunacağı vaxt açıqlanıb.
 
DİM-dən Trend-ə verilən məlumata görə, iyulun 16-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.
 
İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.
 

Google+ WhatsApp ok.ru