Pakistanla sərhəd zonasında 8 iranlı sərhədçi öldürülüb

İran-Pakistan sərhədində silahlı şəxslər 8 iranlı sərhədçini öldürüblər.
 
Hadisə Sistan və Bəlucistan əyalətində baş verib.
 
Əyalətin qubernatoru Əli Aşqar Mirşəkərinin sözlərinə görə, silahlı şəxslər Nequr rayonunun ərazisinə daxil olublar.
 
İran hökumətinin Pakistan tərəfindən sərhədçiləri öldürməkdə şübhəli bilinən şəxslərin həbsini tələb etdiyi bildirilir.  

Google+ WhatsApp ok.ru