Pakistan müdafiə naziri: `ABŞ öz uğursuzluğunda Pakistandan “günah keçisi” kimi istifadə etmək istəyir`

Pakistan müdafiə naziri: `ABŞ öz uğursuzluğunda Pakistandan “günah keçisi” kimi istifadə etmək istəyir`

-- Pakistan kəşfiyyat sahəsində ABŞ-la əməkdaşlığı dayandırır

Pakistan Amerika Birləşmiş Ştatları ilə kəşfiyyat və hərbi sahədə  əməkdaşlığa son qoyur.

 Bu barədə məlumatı Pakistanın “Dawn” qəzeti ölkənin müdafiə naziri Xürrəm Dastiqra Xana istinadən verib. 

 “Biz ABŞ-la hərbi və kəşfiyyat xətti ilə genişmiqyaslı əməkdaşlığı dayandırırıq”, - deyə Pakistan müdafiə naziri bildirib. 

Məlumata əsasən, Pakistan müdafiə naziri bu bəyanatla İslamabad şəhərində yerləşən Strateji Araşdırmlar İnstitutunda çıxış edib. 

 Pakistan müdaifə naziri, "ABŞ-ın Əfqanıstanda milyardlarla dollar xərcəlməsinə baxmayaraq məğlub olur" , - deyə bildirərək, ABŞ-ın öz uğursuzluğunda Pakistandan “günah keçisi” kimi istifadə etmək istədiyini də sözlərinə əlavə edib. (eastnews.org)

Google+ WhatsApp ok.ru