Pakistan müsəlmanları Kəşmirdəki cinayətləri pisləyib

Pakistan müsəlmanları Kəşmirdəki cinayətləri pisləyib

Pakistanın Pəncab əyalətinin Ravalpindi şəhərində siyasi, dini və ictimai şəxsiyyətlər , eləcə də vəkillər kollegiyasının üzvləri  ötən gün etiraz aksiyası keçirib. 
 
Maide.Az xəbər verir ki, etirazçılar   Hindistan təhlükəsizlik qüvvələrinin Kəşmirdəki cinayətlərini pisləyiblər. 
 
Etiraz aksiyasında iştirak edən vəkillər BMT-nin ofisinə  məktubla müraciət ediblər. Onlar Kəşmirdə təhlükəsizlik qüvvələrinin insan haqlarını kobud şəkildə pozduğunu bildiriblər. 
 
Etirazçılar Hindistan hökumətindən istəyiblər ki, siyasi partiya rəhbərlərinin həbsini dayandırsın və beynəlxalq KİV-lərə Kəşmirdən xəbər hazırlamağa imkan yaratsın. 
 
Onlar həmçini beynəlxalq təşkilatlardan Kəşmirdəki insan haqları pozuntularına reaksiya verməyə çağırıblar. 
 
Qeyd edək ki, Pakistanın İslam Abad şəhərində də Hindistan səfirliyinə yaxın ərazidə mitinq keçirilib. Polis mitinq iştirakçılarını səfirliyin binasına yaxınlaşmağa qoymayıb. 
 

Google+ WhatsApp ok.ru