Pakistanın  bir neçə şəhərində əzadarlıq yürüşü təşkil olunub - FOTO

Pakistanın bir neçə şəhərində əzadarlıq yürüşü təşkil olunub - FOTO

Həzrət Əlinin (ə) şəhadətinin ildönümü münasibətilə

Həzrət Əlinin (ə) şəhadətinin ildönümü münasibətilə Pakistanın  bir neçə şəhərində əzadarlıq yürüşü təşkil olunub. 
 
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki,  ötən gün Pakistanın  İslamabad,  Kəraçi,  Lahur,  Pişavər, Kuveytə,  Heydərabad və digər bölgələrində yaşayan  Əhli-beyt (ə) aşiqləri  möminlərin əmiri Həzrət Əlinin (ə) şəhadəti münasibətilə  əzadarlıq yürüşü təşkil edib. 
 
Məlumata görə, yürüş zamanı mərsiyyələr oxunub və sinə vurulub. 
 
Əzadarlıqda iştirak edənlər  zöhr və əsr namazını camaatla qılıb. Daha sonra ABŞ və İsrailin bölgədə yürütdüyü işğalçılıq siyasətlərini pisləyən yürüş iştirakçıları  ABŞ bayrağını yandırıb. 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru