Pakistanın müdafiə naziri sabah Səudiyyə Ərəbistana səfər edir

Pakistanınmüdafiə naziri  Xacə Asəf sabah Səudiyyə Ərəbistana səfər edəcək. 
 
Maide.az xəbər verir ki, bu gün İslamabadda Baş nazir Məhəmməd Navaz Şərifin başçılığı ilə ölkənin təhlükəsizlik şurasının iclası keçirilib.
 
İclasda müdafiə naziri Xacə Asəf, baş nazirinin müşaviri Sərtac Əziz, silahlı qüvvələrin komandanı Rahil Şərif, Pakistan Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı Suheyl Aman və digər rəsmilər iştirak edib. 
 
Pakistan baş naziri M.N.Şərif deyib ki, Səudiyyə Ərəbistan və digər Fars Körfəzi ölkələri ilə dostluq münasibətlərimiz var və onların təhlükəsizliyinin pozulmasına laqeyd yanaşa bilmərik. 
 
İclasda vurğulanıb ki, Səudiyyə Ərəbistanın ərazi bütövlüyünə hər hansı bir təhlükə olarsa Pakistan sakit oturmayacaq.
 
Qeyd edək ki, Səudiyyə rejimi Pakistandan Yəməndə keçiriləcək quru hücumuna əsgər verməsini istəyib, İslamabad Səudiyyənin bu məsələsini müzakirə edəcəyinə söz verib./
 
 
  

Google+ WhatsApp ok.ru