Pakistanın sabiq Baş naziri və qızı həbs edildi 14 İyul 2018 01:00 Xəbərlər Pakistanın sabiq Baş naziri Nəvaz Şərif və qızı Məryəm Şərif Lahorun hava limanında həbs ediliblər. Oxu.Az xəbər verir ki, əməliyyatı Milli anti-korrupsiya şöbəsinin əməkdaşları həyata keçiriblər. Həbs edilənlər təyyarə ilə İslamabada göndəriliblər. Nazirlər Kabinetinin sabiq başçısı və qızı təyyarələri Pəncabın paytaxtında yerə enəndən dərhal sonra saxlanılıblar. Nəvaz və Məryəm Şərif iyunun 15-dən Londonda qalmaq məcburiyyətində olublar. Səbəb isə Nəvaz Şərifin xərçəngdən əziyyət çəkən həyat yoldaşı Gülsüm Nəvazın səhhətinin kəskin pisləşməsi olub. Teqlər : #Pakistanın sabiq Baş naziri və qızı həbs edildi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Masazırda 15 gündür su verilmir Əlillərə verilən maşınlar satıla və bağışlana bilməz - Qayda