Pakistan nüvə başlığı daşıya bilən qanadlı raket  sınaqdan keçirib

Pakistan nüvə başlığı daşıya bilən qanadlı raket sınaqdan keçirib

Pakistan elan edib ki, ilk dəfə olaraq "Babur-3" adlı nüvə başlığı daşıya bilən sualtı qanadlı raket sınaqdan keçirib. 
 
Maide.Az xəbər verir ki, uçuş məsafəsi 450 kilometr olan qanadlı raket Hind okeanında naməlum mövqedən start götürüb.
 
Pakistan ordusu elan edibki, raket hədəfi dəqiq vurub. “Hindistanın nüvə strategiyası bizi məcbur edir ki, Dehli tərəfindən ehtimal olunacaq təhlükələrlə mübarizə üçün addımlar ataq”. 
 
Hindistan Müdafiə Nazirliyinin mətbuat katibi Pakistanın test atışına hələlik şərh verməyib.
 
Qeyd edək ki, 1947-ci ildə Böyük Britaniyadan ayrılıb müstəqillik əldə etdikdən sonra Pakistan və Hindistan arasında münasibətlər gərgin olaraq qalır. Hər iki dövlət 1998-ci ildə nüvə sınaqları keçirdiyi vaxtdan indiyə qədər müxtəlif diapazonlu raketlər hazırlayır. (Tass)  
 

Google+ WhatsApp ok.ru