Pakistanın xarici işlər naziri İmam Rzanın (ə) hərəmini ziyarət etdi

Pakistanın xarici işlər naziri İmam Rzanın (ə) hərəmini ziyarət etdi

Pakistanın xarici işlər naziri Xacə Muhəmməd Asəf Məşhədə səfəri çərçivəsində, İmam Rzanın (ə) mütəhhər hərəmini ziyarət edib.
 
 Qüds Rəzəvi ostanının himayədarının vəkili Seyid Mürtəza Bəxtiyari İmam Rzanın (ə) hərəminə təşrif buyuran Pakistanın xarici işlər nazirini qarşılayıb. Pakistan xarici işlər nazirinin ziyarəti çərçivəsində, bu ölkənin bir sıra yüksək vəzifəli rəsmiləri də onu müşayiət edib. İmam Rzanın (ə) mütəhhər hərəminin ziyarətindən sonra tərəflər arasında görüş olub. Görüşdə Myanmadakı hadisələr və Yaxın Şərqdə təkfirçi vəhhabi terrorçulara qarşı mübarizədə əməkdaşlığın vacibliyindən danışılıb.
Seyid Mürtəza Bəxtiyari sələfilərin təhdidlərinə, zülm və işgəncələrinə baxmayaraq, hər il minlərlə pakistanlının Əhli-Beytin (ə) səkkzinci imamının (ə) ziyarət etdiyini qeyd edərək, Pakistan rəsmilərindən pakistanlı Əhli-Beyt (ə) sevdalılarının problemlərinin həllində yaxından kömək etmələrini istəyib.
 
Pakistan rəsmiləri də öz növbələrində çıxış edərək, elə səfərlərinin əsas məqsədinin təkfirçilik və terrorçuluqla mübarizə və zəvvarların səfərləri qarşısındakı maneələrin aradan qaldırılmasından ibarət olduğunu bildiriblər. Pakistan rəsmilər bu məsələdə əməkdaşlıq etməyə hazır olduqlarını vurğulayıblar.
 
Daha sonra İmam Rzanın (ə) hərəmi tərəfindən Pakistan rəsmilərinə müxtəlif dəyərli hədiyyələr verilib.(deyerler.org)
 

Google+ WhatsApp ok.ru