Pakistan Prezidentinin Azərbaycana səfər tarixi açıqlandı

Pakistan Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri zamanı yüksək səviyyədə aparılacaq danışıqların əsas mövzusu iqtisadi əməkdaşlığın inkişafı olacaq. Bu barədə Trend-ə mənbə bildirib.
 
Mənbənin sözlərinə görə, səfər mart 11-14-də gerçəkləşəcək. Hazırda hər iki ölkənin hökumətlərində yüksəksəviyyəli səfərə hazırlıq gedir. Pakistan Prezidentinin səfəri zamanı imzalanacaq sazişlər paketi hazırlanır. Saziş iqtisadi sahədə iki ölkənin əməkdaşlığının bir sıra sahələrini əhatə edəcək.
 
Mənbə qeyd edib ki, tərəflər iqtisadi əməkdaşlığın səviyyəsini daha da yüksəltmək niyyətindədirlər./
 

Google+ WhatsApp ok.ru