Pakistan Yəmənə qarşı yaradılan koalisiyaya qoşulmaq barədə qərarını İran və Türkiyə ilə müzakirədən sonra verəcək

Pakistan müdafiə naziri Hoca Asif İslamabadın Yəmən məsələsində yekun qərarını vermədən İran və Türkiyə ilə müzakirələr aparacağını söyləyib.
 
Maide.az xəbər verir ki, Asif İran xarici işlər naziri Cavad Zərifin 8 apreldə Pakistana gələcəyini bildirərək, bu görüşdə İslamabadın qərarının İrana çatdırılacağını deyib.
 
O, bu gün Türkiyə rəsmiləri ilə görüşmək üçün Ankaraya gedən Pakistanın baş naziri Nəvaz Şərifin səfəri haqqında da, Şərifin Ankara rəsmiləri ilə Yəmən hadisələrini müzakirə edəcəklərini deyib.

Google+ WhatsApp ok.ru