Pakistanın BMT-dəki səfiri: “ABŞ bizə inanmırsa, onda bizdən əməkdaşlıq gözləməsin”

Pakistanın BMT-dəki səfiri: “ABŞ bizə inanmırsa, onda bizdən əməkdaşlıq gözləməsin”

-- ABŞ Paksitana təhlükəsizlik sahsində etdiyi maliyyə yardımını dayandırıb

Pakistanın BMT-dəki səfiri ölkəsinin ABŞ-ın maliyyə yardımlarına görə terrorizm ilə müharibədə iştirak etmədiyini deyərək, Vaşinqtonun İslamabada qarşı düşmənçilik mövqeyini davam etdirəcəyi təqdirdə, bu ölkə ilə əməkdaşlıqlarına yenidən baxacağını deyib.
 
Maide.Az  "iuvmpress"-ə istinadən xəbər verir ki, Pakistanda çıxan “Davn” qəzetinin yazdığına görə, Məlihə Ludhi cümə axşamı Trampın Pakistanla bağlı səsləndirdiyi fikirlərə cavab olaraq deyib: “Əgər Amerika Pakistanın terrorizm ilə mübarizədəki səylərini qiymətləndirmək istəmirsə, bu ölkədən əməkdaşlıq da gözləməməlidir.”
 
Pakistanın BMT-dəki nümayəndəsi əlavə edib: “ABŞ-ın yeni dövlət başçısının baxışlarının əksinə olaraq Pakistan terrorizm əleyhinə mübarizədə ən böyük paya malikdir və bu mübarizədə ən çox zərər çəkən tərəf də elə Pakistandır.”
 
ABŞ prezidenti Donald Tramp bazar ertəsi günü, 2018-ci ilə olan ilk tvitində bir daha Pakistanı radikal ünsürlərə sığınacaq verməkdə və bu xüsusda yalançılıqda ittiham edərək, İslamabadı bu ölkəyə olan maliyyə yardımlarını kəsməklə təhdid etmişdi.
 
Bundan başqa ABŞ Paksitana təhlükəsizlik sahsində etdiyi maliyyə yardımını dayandırdığını açıqlayıb. 
 
Bu barədə qərarı ABŞ Dövlət Deportamenti səsləndirib. Belə ki, Tramp adminstrasiyası rəsmi İslamabadın Həqqani şəbəkəsi, “Taliban” və onunla əlaqəli olan qruplaşmalara qarşı effektiv mübarizə aparmadığını söyləyib..   "Bu gün biz yalnız Pakistana təhlükəsizlik yardımının verilməsini dayandırdığımızı təsdiqləyə bilərik", - deyə Dövlət Departamentinin mətbuat katibi Hizer Nauert mətbuat konfransında bildirib.   "Pakistan gələcəkdə bu pulları geri qaytarma fürsətinə malikdir, lakin onlar ciddi tədbirlər görməlidirlər", - deyə Hizer əlavə edib.

Google+ WhatsApp ok.ru