PALID QABIĞI BUNLARI MÜALİCƏ EDİR.....

PALID QABIĞI BUNLARI MÜALİCƏ EDİR.....

-- Bu bitki sayəsində dərmanlardan istifadəni azaldın

Dişlərinizin sağlamlığına yetəri qədər diqqət yetirsəniz də vaxtaşırı müxtəlif problemlər (diş ətrafı damağın qanaması, həssaslıq və diş ağrıları) yaranır.
 
Bu problemləri aradan qaldırmaq üçün çox sadə bir üsuldan - palıd qabığının, çobanyastığının və sürvənin dəmləməsindən istifadə etmək məsləhətlidir.
 
Palıd qabığının tərkibində aşı maddələri, flavonoidlər, turşular və s. maddələr vardır. Ümumiyyətcə təkcə palıd qabığının dəmləməsi çox xeyirlidir. Qarqara şəklində angina, stomatit, qinqivit, faringitlərdə istifadə edilir.
 
Palıd qabığı, çobanyastığı və sürvə birlikdə dəmləndikdə isə xüsusilə ağız boşluğundakı yüngül problemləri aradan qaldırır. Dərman qəbul etməyi xoşlamayanlar və dişində yüngül ağrılar olanlar bu sadə üsuldan istifadə edə bilərlər. Gün ərzində ilıq formada 3-4 dəfə ağzınızı yaxalayın.
 
Yuxarıda qeyd edildiyi kimi bu qarışıq təkcə diş ağrısı üçün deyil. Ümumiyyətlə damağı sağlam və möhkəm saxlamaq üçündür. (almahdi.ru)

Google+ WhatsApp ok.ru