Pambıqçıların zəhərlənməsinə görə vəzifəli şəxslər HƏBS OLUNDU

Pambıqçıların zəhərlənməsinə görə vəzifəli şəxslər HƏBS OLUNDU

Son günlər Saatlı, Tərtər, İmişli, Yevlax rayonlarındakı pambıq sahələrində yüzlərlə pambıqçının zəhərlənməsi faktı ölkədə böyük səs-küyə səbəb olub. Modern.az-ın əldə etdiyi məlumata görə, zəhərlənmə faktlarına görə artıq həbslər də başlayıb.
 
Qeyd edək ki, iyunun 11-də Baş Prokurorluq tərəfindən Saatlı rayonundakı pambıq tarlasında baş verən kütləvi zəhərlənmə ilə bağlı cinayət işi açılıb.
 
Modern.az-a daxil olan məlumatda kütləvi zəhərlənmə hallarının məmur biganəliyi və şirkətlərin özbaşınalığı nəticəsində baş verdiyi bildirilir.
 
Məlumata görə, Respublika Bitki Mühafizə Mərkəzinin İmişli bitki mühafizə idarəsinin rəisi Qəhrəman Qəhrəmanov, “MKT-İK” MMC İnnovasiya Mərkəzinin direktoru Maarif Quliyev və həmin müəssisənin aqronomu Surxay Vəliyev, “CTS-AGRO” MMC-nin Saatlı rayon Pambıq Zavodunun aqronomu Gülməmməd Qoçuyev açılan ciyanət işi ilə əlaqədar saxlanılıb.
 
“MKT-İK” MMC-dən Maarif Quliyev və Surxay Vəliyevin həbsini Modern.az-a təsdiqləyiblər. Bilidirilib ki, onlar barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Google+ WhatsApp ok.ru