Panamada 29 nəfər `donuz qripi`ndən ölüb 23 İyun 2016 01:00 Dünya Panamada A(H1N1) virusundan ölənlərin sayı 29 nəfərə çatıb, 400-dən çox insan xəstəxanaya yerləşdirilib. "Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. İyun ayının əvvəlində ölkədə epidemioloji həyəcan elan olunub. Aprelin 22-dən 1,2 milyon panamalı xəstəliyə qarşı peyvənd olunub. Bu, ölkə əhalisinin ¼ hissəsindən bir qədər çoxdur. Hazırda 1 milyon doza həcmində əlavə vaksin partiyasının alınması üçün danışıqlar aparılır. Xəstəliyin artması fonunda ölkənin səhiyyə naziri Xavyer Terryentes bu ay istefaya göndərilib. Teqlər : #Panamada 29 nəfər `donuz qripi`ndən ölüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şanxay Əməkdaşlıq Təşkilatı yığışır Amerikada iki mərtəbəli məscid təmir edilir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO