Pan Gi Mun: `Myanmar rəhbərliyi sözlərinə əməl etmir`

BMT-nin baş katibi Pan Gi Mun Myanmarda Rohinqya müsəlmanlarının təzyiqə məruz qalmasının narahatverici olduğunu deyərək, Myanmar hökumətinin verdiyi sözlərini əməldə yerinə yetirmədiyini söyləyib.
 
Maide.az-ın məlumatına görə, Pan Gi Mun BMT Baş Məclisinin III Komitəsinə təqdim etdiyi hesabatda ölkədə etnik və dini ayrı-seçkiliklər səbəbindən baş verən qarşıdurmaların narahatlıq yaratdığına işarə vurub. Hesabatında xüsusilə Arakandakı vəziyyətin həyəcan və narahatlıq verici olduğunu, həm Myanmar daxilində, həm də beynəlxalq cəmiyyət arasında qayğıya səbəb olduğunu vurğulayan Pan Gi Mun, "Myanmar hökuməti qarşıdurmaları alovlandıranları cəzalandırmağa istiqamətli əhəmiyyətli sözlər verməsinə baxmayaraq, bu sözlər yerli səviyyədə lazım olduğu ölçüdə tətbiq olunmur", - deyə yazıb.
 
Qeyd edək ki, Rohinqya müsəlmanları illərdir vətəndaş haqlarının verilməməsi, səyahət və ticarət azadlıqlarının təmin edilməməsi ilə bərabər fanatik buddistlər tərəfindən də şiddətə məruz qalırlar.

Google+ WhatsApp ok.ru