Pan Gi Mundan İsrail rejiminə qarşı gözlənilməz mövqe

Pan Gi Mundan İsrail rejiminə qarşı gözlənilməz mövqe

Birləşmiş Millətlət Təşkilatının baş katibi Pan Gi Mun sionist İsrail rejimi əleyhinə ilk dəfə sərt ifadələr işlədib və elan edib ki, İsrail, boğucu və zülm dolu işğalını dayandırmalıdır.
 
Maide.Az "Indian Express"-ə istinadən xəbər verir ki, BMT-ninm yaydığı bəyanatda bildirilir ki, Birləşmiş Millətlət Təşkilatının baş katibi Pan Gi Mun işğalçı rejimin baş naziri Netanyahunun “Fələstinlilər Qərb sahilindəki yəhudilərə qarşı etnik təmizləmə aparmaq istəyirlər” iddiasını qəbul olunmaz və sinirləri pozan bir iddia adlandırıb.  
 
P.Gi Mun deyib ki, açıq şəkildə bəyan edirik ki, bu ərazilərdə məskunlaşma yerlərinin salınması beynəlxalq qanunlara ziddir. İsrail, boğucu və zülm dolu işğalını dayandırmalıdır.
 
Pan Gi Munun bu sözləri dünən İşğalçı İsrail rejiminin baş naziri Netanyahunun bir həftə öncəki çıxışına münasibət bildirərkən deyib. “Netanyaho  öz video müraciətində 
Qərb sahilində yeni qəsəbələrin salınması ilə müxalif olan şəxsləri  yəhudilərə qarşı etnik  təmizləmə həyata keçirənləri dəstəkləyənlər adlandırmışdı.”
 
Sionist  İsrail rejimi uzun illərdirki,Fələstinlilərin evlərini  dağıdaraq  yeni qəsəbələr salır və  heç bir beynəlxalq  tələblərə tabe olmur. İnsan haqları iddiaçıları və  beynəlxalq təşkilatlar sadəcə quru tələb etməklə kifayətlənirlər və əməldə  bu cinayətkar rejimə qarşı hansısa təzyiqlər göstərmir. 
 

 

Google+ WhatsApp ok.ru