Pan Gi Mun məscidə hücumu pislədi

Pan Gi Mun Nigeriyanın Kano şəhərindəki məscidə qarşı həyata keçirilən qanlı hücumu pisləyib.
 
Maide.az xəbər verir ki, BMT Baş Katibi Pan Gi Mun cümə günü Nigeriyanın Kano şəhərində məscidə təşkil edilən və 120-dən insanın ölümünə və yaralanmasına səbəb olan dəhşətli hücumu pislədiyini bildirib.
 
BMT tərəfindən verilən açıqlamada hücumda dünyasını dəyişən ailələrə başsağlığı verilib və yaralıların tezliklə sağalması arzusu bildirilib.
 
Pan Gi Mun 10 noyabr günü Nigeriyanın şimal-şərqindəki Potiskum şəhərindəki məktəbə edilən bombalı hücumu da pisləyib və bu cür hərəkətlərə son verilməsini tələb edib.
 
BMT tərəfindən verilən açıqlamada bildirilir ki, Baş katib cümə günü baş verən hadisədən sonra Nigeriyada sabitliyin bərqərar olunması üçün cinayətkarların tapılıb, mühakimə olunmalarını istəyib. Həmçinin əlavə edib ki, mülki vətəndaşlara qarşı hücumların heç bir əsası ola bilməz.

Google+ WhatsApp ok.ru