Pan Ki Mun Yəmən barədə təəssüfünü dilə gətirdi

Maide.az-ın məlumatına görə, BMT baş katibi Pan Ki Munun sözçüsü mətbuat konfransında deyib ki, BMT baş katibi Yəməndə atəşkəsin müddətinin uzadılmamasından təəssüflənib və bu ölkədə gərginliklərin tam şəkildə dayandırılmasını istəyib.  
 
BMT baş katibinin sözçüsü həmçinin Yəməndə aclığın baş verməsi ehtimalı barədə xəbərdarlıq edib. 
 
Yəmənin Dövlət İnformasiya Agentliyi bu ölkə ordusunun sözçüsü Qalib Loğmana istinadla bildirib ki, Yəmən ordusu BMT-nin Yəmən üzrə nümayəndəsi İsmayıl Vələd əl-Şeyx Əhmədin müvəqqəti atəşkəsin uzadılmasına dair müraciətini müsbət qarşılayır. 
 
Belə bir halda atəşkəs müddəti sona çatdıqdan sonra Ərəbistan qüvvələri ilk hücumda Ədənin cənub bölgələrini bombalayıblar. 
 
Yəmənin bir hərbi rəsmisi isə bildirib ki, Səudiyyə Ərəbistanı, Mənsur Hadiyə bağlı qüvvələr və əl-Qaidə ünsürləri 5 günlük atəşkəs dövründə ən azı 269 dəfə atəşkəsi pozublar.

Google+ WhatsApp ok.ru