Papa dünyanı İŞİD əleyhinə birləşməyə çağırdı

Dünya katoliklərinin rəhbəri dünyanı  İŞİD əleyhinə birləşməyə çağırıb.
 
Maide.az xəbər verir ki,  Papa Fransisk İsa Məsihin (ə) viladəti münasibəti ilə illik çıxışında dünyanı birliyə və İŞİD terrorçularının törətdiyi cinayətlərə son qoymağa çağırıb.
 
Dünya katoliklərinin rəhbəri Roma şəhərinin Sent Piter meydanında keçirilən bu mərasimdə həmçinin terrorizmi pisləyərək miqrantlara kömək edənləri alqışlayıb.
 
Papa Fransisk həmçinin Suriya, Liviya, Yəmən və dünyanın digər yerlərində müharibəyə son qoyulmasını istəyib.
 
Dünya katoliklərinin rəhbəri qarşıdurmaların davam etməsinə görə Suriyadakı insani faciə ilə bağlı narahatlığını dilə gətirib və dünyanın bu məsələyə diqqət yetirməsini istəyib.
 
Papa Fransisk Liviyada müxtəlif qrupları ixtilaflardan çəkinməklə qarşıdurmalara son qomağa çağırıb. /
 

Google+ WhatsApp ok.ru