Papa Fransisk miqrantlar ilə münasibətdə sülhə və onlara qarşı anlayışlı olmağa çağırıb

Papa Fransisk miqrantlar ilə münasibətdə sülhə və onlara qarşı anlayışlı olmağa çağırıb

-- Roma Papası Pyotr baş kilsəsində milyonlarla insanın qarşısında çıxış...

Gəlin, onların qəlbindəki isinən ümidlərini söndürməyək, sülhə olan inamlarını məhv etməyə qoymayaq.
 
Bu sözləri Roma Papası Fransisk Vatikanın Müqəddəs Pyotr baş kilsəsində milyonlarla insanın  qarşısında çıxışı zamanı deyib.
 
Kilsənin Ümumdünya sülh günü münasibətlə təşkil etdiyi mərasimdə Papa Fransisk miqrantlar, həmçinin qaçqınlar ilə münasibətdə sülhə və onlara qarşı anlayışlı olmağa çağırıb.
 
“Hamının haqqı olan dinc gələcək axtarışları üçün şəxsi həyatımızı təhlükəyə atmağa hazırıq və hər kəs çalışmalıdır ki, digərləri də xoş gələcəyə nail olsun”, - deyə Papa Fransisk bildirib.(azertac)

Google+ WhatsApp ok.ru