Papanın Çili ziyarətinin ilk günündə 3 kilsə yandırıldı

Papanın Çili ziyarətinin ilk günündə 3 kilsə yandırıldı

-- Ölkədə ötən həftənin cümə günündən bu günə 9 kilsənin yandırıldığı bildirilir

Roma Papası Fransiskin Çiliyə bu gün səfəri başlayır
 
Maide.Az “dunyabulteni”-nə istinadən xəbər verir ki,  Papanın səfərinin ilk günündə bu ölkədə üç kilsə yandırılıb.  Belə ki,  Araucania bölgəsində iki və  Puento Alto bögləsində bir  kilsə yandırılıb. 
 
Ölkədə ötən həftənin cümə günündən bu günə 9 kilsənin yandırıldığı bildirilir.   Kilsələrin yandırılmasının səbəbi və bu hadisələri törədənlər hələlik məlum deyil.  Faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır. 
 
Çilidə  etnik bir qrup olan Mapuçe  xalqından bəzi radikal qruplar son illər meşələri,  əkin sahələrini və kilsələri yandırmaqla  həmin torpaqların atalarına aid olduğunu iddia edirlər. 
 
Adları öz dillərində “torpağın xalqı”  mənasını verən Mapuçelər  300 il İspaniya işğalına qarşı  mübarizə apardıqdan sonra  19-cu əsrdə  Çilinin  paytaxtı  Santioaqonun 800 kilometrliyində Araucania bölgəsində yerləşdirilib.   Yerlilərin boşaltdığı torpaqlar isə zamanla Avropalı mühacirlər tərəfindən  zəbt olundu.

Google+ WhatsApp ok.ru