Parisdə baş verən yanğını törətməkdə şübhəli bilinən şəxs tutulub

Fransanın paytaxtı Paris şəhərinin şimalında baş verən yanğını törətməkdə şübhəli bilinən şəxs həbs edilib.
Şübhəli 30 yaşlı kişidir və o, Parisin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Briqadasının əməkdaşları tərəfindən tutulub. Onun yanğın baş verən zaman hadisə yerində olduğu ehtimal edilir.
Şübhəli şahid ifadələri və videoyazıdakı kadrlara əsasən saxlanılıb və hazırda dindirilir.
Qeyd edək ki, sentyabrın 2-də səhər saatlarında Parisin şimalında XVIII dairədə baş verən yanğın nəticəsində 8 nəfər ölüb.
Hadisənin baş vermə səbəbləri məlum deyil. Yanğın olan əraziyə Fransanın daxili işlər naziri Bernar Kaznev və prefektin polis rəisi Mişel Kado gedib. 

Google+ WhatsApp ok.ru