Parisdə etiraz aksiyası keçirilib

Paris və Fransanın digər şəhərlərində tələbələr əmək qanunvericiliyində islahatlara etiraz olaraq aksiyaya çıxıblar.
 
Maide.az xəbər verir ki, Tələbə və məktəblilər polisləri daşa basıb, onlara yanar fişənklər atıblar.  Tələbələr hökumətin təklif etdiyi islahatları əmək hüquqlarının pozulması hesab edir.
 
Onlardan birinin dediklərinə görə martın 17-də küçələrə ötən həftədəkindən daha çox adam çıxıb.  Məlumata görə ötən həftə aksiyalarda 30 məktəb iştirak edib, bu dəfə isə təkcə Parisdə keçirilən aksiyaya 60 məktəb qoşulub.
 
Ötən həftə Fransada keçirilən etiraz aksiyalarında ümumilikdə yarım milyonadək adam iştirak edib.  Aksiyanı həmkarlar ittifaqları və gənclər təşkilatları təşkil edib. 
 
Hökumətin təklif etdiyi islahatlarda iş həftəsinin 60 saata qaldırılması, maaşların isə ixtisarı nəzərdə tutulur. azadliq.org /

Google+ WhatsApp ok.ru