Parisdə atışma: Hava limanı boşaldıldı

Parisdə atışma: Hava limanı boşaldıldı

Fransanın paytaxtı Parisin Orli Hava Limanında atışma olub.
 
Axar.az xəbər verir ki, atışma səslərindən sonra hava limanı tamamilə boşaldılıb.
 
Polis ərazidə əməliyyatlara başlayıb.
 
İlkin məlumatlara görə, hava limanının mühafizəsində çalışan əsgərlərdən birinin silahını almağa çalışan bir şəxs güllələnib. O, hadisə yerindəcə keçinib.
 

Google+ WhatsApp ok.ru