Parisdə 2020-ci ildən ictimai nəqliyyat pulsuz ola bilər

Parisdə 2020-ci ildən ictimai nəqliyyat pulsuz ola bilər

-- pulsuz gediş biletinin verilməsi təklifi üzrə səsvermə keçiriləcək

Fransanın paytaxtı Paris şəhərinin meri Ann İdalqo 2020-ci ildə ictimai nəqliyyatdan istifadəni pulsuz etmək niyyətindədir.
 
Maide.Az xəbər verir ki, A.İdalqo bu barədə "Echo" qəzetinə müsahibəsində deyib.
 
O, qeyd edib ki, 2018-ci ilin yayına kimi bütün şəhər ərazisində pulsuz ictimai nəqliyyatın iqtisadi modelini öyrənmək və müzakirə etmək niyyətindədir. Onun sözlərinə görə, bu məsələ ilə bağlı son qərar 2020-ci ildə qabul oluna bilər.
 
"Echo" qəzetinin məlumatına əsasən, martın 20-si şəhər meriyasında 220 min yaşlı parisliyə pulsuz gediş biletinin verilməsi təklifi üzrə səsvermə keçiriləcək. (trend)
 

Google+ WhatsApp ok.ru