Parisdə qanlı etiraz: Makrona etiraz edənlər döyüldü - VİDEO

Parisdə qanlı etiraz: Makrona etiraz edənlər döyüldü - VİDEO

-- nümayişçilərə qarşı gözyaşardıcı qaz, dəyənək və...

Fransanın paytaxtı Paris şəhərində prezident Emmanuel Makronun sosial islahatlarına etiraz edən bir qrup şəxs aksiya keçirib.
 
Maide.Az "faktxəbər"ə istinadən bildirir ki, aksiya zamanı narazı kütlə ilə hüquq-mühafizə orqanları arasında toqquşma baş verib.
 
Yerli polis nümayişçilərə qarşı gözyaşardıcı qaz, dəyənək və rezin güllələrdən istifadə edib.
 
Aksiya iştirakçılarından bəziləri ağır bədən xəsarətləri alıb. Hökumətə qarşı etirazlarda 100-dən çox tələbə saxlanılıb.
 
Qeyd edək ki, Fransada bütün ölkə üzrə etirazlara 139 min insan qatılıb.

Google+ WhatsApp ok.ru