Parisdə müsəlman gənc körpəni belə xilas edib - VİDEO

Parisdə müsəlman gənc körpəni belə xilas edib - VİDEO

-- azyaşlını xilas etdiyi `cəsur və igid` adlandırı

Fransanın paytaxtı Paris şəhərində eyvandan asılı vəziyyətdə qalan 4 yaşlı körpə qeyri-adi üsulla xilas olub.
 
Əslən Malidən olan Mahmud Qəssam adlı gənc eyvanlara dırmaşaraq beşinci mərtəbəyə bir neçə saniyəyə qalxmağı bacarıb.
 
Yerli sakinlər tərəfindən lentə alınan hadisə zamanı müsəlman gənc körpəni yerə düşməkdən qurtarıb.
 
Hadisənin yayılmasından sonra Parisin meri Ann İdalqo gənci həyatını təhlükəyə ataraq azyaşlını xilas etdiyi "cəsur və igid" adlandırıb.
 
Fransa prezidenti Emmanuel Makron isə malili gənci Yelisey sarayında qəbul edəcəyini açıqlayıb.(faktxeber)
 

Google+ WhatsApp ok.ru