Parisdə qaçqınlar düşərgəsi dağıdıldı

Parisdə qaçqınlar düşərgəsi dağıdıldı

-- Qaçqınlar növbə ilə avtobuslara yerləşdirilərək Parisdən uzaqlaşdırılıblar

Parisin mərkəzindəki Millenyum Qaçqın Düşərgəsi bu gün boşaldılıb.
 
Maide.Az "ensonhaber"ə istinadən xəbər verir ki, səhər saatlarından etibarən polislər qaçqınları oradan çıxarıb.
 
Sığınacaqlar isə ağır texnikalar vasitəsilə dağıdılıb.
 
Qaçqınlar növbə ilə avtobuslara yerləşdirilərək Parisdən uzaqlaşdırılıblar.
 
Xatırladaq ki, Fransanın qaçqınlara qarşı belə addımı ilk deyil. Daha öncə Calais düşərgəsi də dağıdılmış və qaçqınları evsiz qoymuşdular.
 
Məlumata görə, düşərgələr turizmə mənfi təsir etdiyi iddiası ilə ləğv edilib.
 
 
 
 
 

Google+ WhatsApp ok.ru