Parisdə jurnalistlərin mitinqinə polislərdən sərt müdaxilə - VİDEO

Parisdə jurnalistlərin mitinqinə polislərdən sərt müdaxilə - VİDEO

Parisdə jurnalistlərin söz azadlığı ilə bağlı mitinqi polislər tərəfindən sərt şəkildə dağıdılıb.
 
Bu barədə REN TV xəbər yayıb.
 
Bildirilir ki, aksiyaçılar əvvəlcə bibər qazı bombası və su şırnaqları ilə dağıdılmağa çalışılıb, sonra isə hüquq mühafizəçiləri qarşılarına keçənlərə, hətta vəzifə başında olan jurnalistlərə qarşı güc tətbiq ediblər.
 
Etiraz aksiyası yaxınlarda qəbul edilməsi planlaşdırılan və söz azadlığına güclü zərbə vuracaq qanun layihəsi ilə əlaqədar keçirilib. Yeni layihəyə əsasən, jurnalistlər artıq vəzifə başında olan polis məmurlarını çəkə bilməzlər. Belə kadrların yayımlanması həbs cəzası ilə nəticələnəcək.
 
Bu isə, jurnalistlərin fikrincə, polis cinayətlərinin gizlədilməsinə gətirib çıxaracaq.
 

Google+ WhatsApp ok.ru