Parisi su basıb, yollar su altında qalıb - VİDEO

Parisi su basıb, yollar su altında qalıb - VİDEO

-- -- Leysan yağışları və Senanın daşması Parisdə siçovulların şəhəri başına almasına səbəb olub.

Parisdə gülcü leysan yağışları Sena çayında suyun səviyyəsinin 3,3 metr yüksəlməsinə səbəb olub.
 
Maide.Az "Milli.Az"-a istinadən bildirir ki, çayın sahillərindəki yollar su altında qalıb, nəqliyyatın hərəkəti, habelə çayda gəmilərin hərəkəti qadağan tolunub. Parisin şərq hissəsindən Eyfel qülləsinədək çay boyunca yollar bağlanıb.
 
Yanvarnı 25-dən  bəri vağzal da bağlıdır.
 
Luvr Muzeyində aşağı mərtəbəki zallar, o cümlədən İslam incəsənəti qalereyası qapadılıb.
 
Metereoloqların dediklərinə görə, Senada suyun səviyyəsinin yüksəlməsi 6 metrə çata bilər.
 
Leysan yağışları və Senanın daşması Parisdə siçovulların şəhəri başına almasına səbəb olub.
 
Şəhərin zibildaşıma xidmətinin əməkdaşları qorxularından işə çıxmırlar. Səbəb zibil yeşiklərində siçovulların qaynaşmasıdır.
 

Google+ WhatsApp ok.ru