Parkomat və terminallar təzə qəpikləri qəbul etmir – SƏBƏB (VİDEO)

Parkomat və terminallar təzə qəpikləri qəbul etmir – SƏBƏB (VİDEO)

Parkomata və terminala yeni 20 qəpiklik sikkə atırsan, ancaq qəbul etmir.
 
Bu problem Bakıda quraşdırılan əksər parkomatlarda və BakıKart terminallarında yaşanır. Problemi yoxlamaq üçün Xətai rayonu Nobel prospektində quraşdırılmış parkomatlardan birinə yaxınlaşdıq. Parkomata bir ədəd köhnə, bir ədəd isə yeni qəpik atdıq. Aparat köhnə qəpiyi qəbul etsə də, yenisini qəbul etmədi.
 
Nəzarətçilərin sözlərinə görə, sürücülər bu problemlə qarşılaşdıqda köhnə qəpiklərdən seçib vermək məcburiyyətində qalırlar. Bu isə həm onların, həm də sürücülərin işini çətinləşdirir.
 
Eyni problem BakıKart terminallarında da yaşanır. Xüsusilə də metrodan sitifadə edənlər çətinlik çəkirlər.
 
Parkomatlardan məsul olan Bakı şəhər İcra Hakimiyyətinin Xususi Təyinatlı Avtonəqliyyat İdarəsi ənənəvi şəkildə məsələyə münasibət bildirmədi.
 
Bakı Nəqliyyat Agentliyindən isə problemdən xəbərdar olduqlarının dedilər. Qurumdan “Xəzər Xəbər”ə bildirildi ki, BakıKart  terminallarının yaddaşı uzun müddət köhnə qəpiyi yadda saxladığından hazırda dövriyədə olan təzə qəpiklərin tanınmasında problemlər ortaya çıxır. Yaxın 3 gün ərzində problem aradan qaldırılacaq.

Google+ WhatsApp ok.ru