Parlament sədri:  BƏƏ  ərəblərə və müsəlmanlara zərbə vurdu

Parlament sədri: BƏƏ ərəblərə və müsəlmanlara zərbə vurdu

Livan parlamentinin sədri Nəbih Bərri Birləşmiş Ərəb Əmirliklərinin İsrail rejimi ilə münasibətləri normallaşdıran razılaşma əldə etməsinə münasibət bildirib. 

 Nəbih Bərri açıqlamasında vurğulayıb ki, Birləşmiş Ərəb Əmirlikləri bu addım ilə ərəb və müsəlman qardaşlarına böyük zərbə vurmuş olub. 

 "Onlar qondarma şəkildə qurulmuş rejimi dəstəkləyirlər. İsrail rejimi sabah BƏƏ-ni işğal etmək istəsə, yenə eyni mövqeni nümayiş etdirəcək və buna legitimlik donu geyindirəcəklər", - deyə Nəbih Bərri diqqətə çatdırıb. 

 Parlament sədri qeyd edib ki, son dövrlərdə bəzi ərəb dövlətlərinin İsrail rejimi ilə münasibətləri normallaşdırmağa cəhd göstərməsi təəssüf hissi doğurur.  /eastnews.org/ 

Google+ WhatsApp ok.ru