Partiya sədri həbs edilib 01 Noyabr 2017 02:00 Hüquq -- M. Turkanov rüşvət almaq maddəsi ilə ittiham olunub Azərbaycan Vahid Kommunist Partiyasının (AVKP) rəhbəri Musa Tukanov həbs edilib. Oğlu Akif Tukanov da bu barədə məlumatı təsdiqləyib. M.Tukanov Cinayət Məcəlləsinin 311-ci (rüşvət almaq) maddəsi ilə ittiham olunub. Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib. M.Tukanovun oğlu deyib ki, hazırda atasının müdafiəsinin təşkili məsələsini müzakirə edir. Musa Tukanov Azərbaycan Karlar Cəmiyyətinin sədr müavinidir. Azərbaycan Vahid Kommunist Partiyası 1993-cü ildə Səyyad Səyyadovun rəhbərliyi ilə təsis edilib. Sonradan partiya iki yerə parçalanıb. Onlardan birinə M.Tukanov rəhbərlik edib. Ancaq partiyanın dövlət qeydiyyatı olmayıb.(azadliq.org) Teqlər : #Partiya sədri həbs edilib , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru General Akif Çovdarova quldurluq ittihamı ilə bəraət verilib MTN-in tutduğu məktəb direktoru həbsdə ölüb