Partiya sədri həbs edilib

Partiya sədri həbs edilib

-- M. Turkanov rüşvət almaq maddəsi ilə ittiham olunub

Azərbaycan Vahid Kommunist Partiyasının (AVKP) rəhbəri Musa Tukanov həbs edilib.
 
Oğlu Akif Tukanov da bu barədə məlumatı təsdiqləyib.
 
M.Tukanov Cinayət Məcəlləsinin 311-ci (rüşvət almaq) maddəsi ilə ittiham olunub. Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib.
 
M.Tukanovun oğlu deyib ki, hazırda atasının müdafiəsinin təşkili məsələsini müzakirə edir.
 
Musa Tukanov Azərbaycan Karlar Cəmiyyətinin sədr müavinidir.
 
Azərbaycan Vahid Kommunist Partiyası 1993-cü ildə Səyyad Səyyadovun rəhbərliyi ilə təsis edilib. Sonradan partiya iki yerə parçalanıb. Onlardan birinə M.Tukanov rəhbərlik edib. Ancaq partiyanın dövlət qeydiyyatı olmayıb.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru