`Partlayışla bağlı 1000-ə yaxın abonentin qaz təchizatı dayandırıldı` - “Azəriqaz” 27 Yanvar 2018 02:00 Ölkə -- Partlayışın da sızma səbəbindən baş verdiyi ehtimal edilir “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 237 ünvanında partlayışın baş verdiyi əraziyə gəlib. “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbəlayev “APA-Economics”ə bildirib ki, ilkin olaraq hadisənin qaz sızmasından baş verdiyi ehtimal olunur. "Dünən ərazidə hansısa qazıntı işləri aparılıb və MTK-ya məxsus qaz xəttinə toxunma olub. Partlayışın da sızma səbəbindən baş verdiyi ehtimal edilir”. “Azəriqaz” rəsmisi əlavə edib ki, hadisə ilə əlaqədar 1000-ə yaxın abonentin qaz təchizatı dayandırılıb. Qeyd edək ki, Bakıda yaşayış binasında partlayış olub. Hadisə bu gün səhər saatlarında qeydə alınıb. Teqlər : #`Partlayışla bağlı 1000ə yaxın abonentin qaz təchizatı dayandırıldı` Azəriqaz, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Nazirlik Bayıl yamacı ilə bağlı SON DURUMU açıqladı İstirahət gününə olan hava proqnozu açıqlanıb