Pasportlar haqqında bilmədiyimiz 13 fakt

Pasportlar haqqında bilmədiyimiz 13 fakt

Səyahət üçün ən vacib sənəd - pasport. Bəziləri üçün onlar səyahətə qapı açan və dünyanı kəşf etmək imkanı yaradan dəyərli və ya çətinliklə əldə edilən sənəd olduğu halda, bəziləri üçün dünya sakinlərinin azad hərəkətinin qarşısını alan baryerdir.
 
Neçə dəfə pasportunuzun müddətinin səyahət üçün etibarlı olduğunu yoxlamısınız?
 
İlin bu vaxtı yəqin ki, milyonlarla insan bunu edir.
 
Hal-hazırda pasportlar isti siyasi mövzudur.
 
Onlara səyahətə qapı açan və kəşf etmək imkanı yaradan dəyərli sənəd və ya dünya sakinlərinin azad hərəkətinin qarşısını alan baryer kimi qiymət verilir.
 
Bu yazıda səyahət etmək üçün xüsusi sənədin yaranma tarixi və onun dəyərini anlamaq üçün bəzi bilmədiyiniz faktlarla tanış olacaqsınız.
 
1. Şimal İşıqlarını görə bilərsiniz... və ya Skandinaviya pasportları
 
Əgər bir Skandinaviya pasportunu ultrabənövşəyi işıq altına tutsanız, kağızda Şimal Qütb İşıqlarını əks etdirən əlvan izlər görərsiniz
 
2. İlk pasport Müqəddəs Kitabda (Əhdi-Cədid) olub
 
Nehemiah kitabında Fars padşahı I Artaxerxes, Yəhudeyadan sağ-salamat keçmək üçün bir rəsmi vəzifəli şəxsə məktub vermişdi.
 
3. Pasportlar üzərinə şəkillər I Dünya Müharibəsindən sonra vurulub
 
Pasportlar üzərinə şəkillər Birinci Dünya Müharibəsi başladıqdan sonra vurulmağa başlanıb.
 
Buna səbəb, saxta ABŞ pasportu ilə Britaniyaya girə bilən alman casusu olub.
 
4. Arıqlamısınız? Yeni pasport əldə edin
 
ABŞ-da arıqladıqdan və ya kökəldikdən, üzdə əməliyyat etdirdikdən və ya üzə döymə, yaxud pirsinq vurdurub-sildirdikdən sonra, pasportu dəyişdirmək məcburiyyəti mövcuddur.
 
5. Pasportda xoşagəlimli görünmək üçün ailəvi fotolardan da istifadə olunub
 
Əvvəllər pasport üçün istədiyin şəkili göndərə bilərdin. Hətta, ailəvi şəkillər də qəbul olunurdu.
 
6. Pasportunuzu etibarlılıq müddəti bitməmişdən altı ay əvvəl yeniləyin
 
Səyahətə çıxmamışdan əvvəl, pasportunuzun etibarlılıq müddətini yoxlayın.
 
Bəzi ölkələr pasportun oraya daxil olduqdan sonra, 90 gün etibarlı olacağına əhəmiyyət verir. Bir çox Avropa ölkələrində belədir.
 
Amma ən yaxşısı özünüzü riskə atmamaqdır: altı ay əvvəldən dəyişin. Çin, İndoneziya, Rusiya, Səudiyyə Ərəbistanı və başqa ölkələr bunu tələb edirlər.
 
Bu sizə hansısa ölkədə ilişib, qalmamaq üçün lazım ola bilər.
 
7.Avstraliyaya Queensland-dən daxil olmaq üçün pasporta ehtiyac yoxdur...
 
Bunun üçün Papua Yeni Qvineyada yerləşən xüsusi seçilmiş doqquz sahil kəndindən birinin sakini olmaq lazımdır.
 
Papua Yeni Qvineya azadlıq əldə edən zaman sazişin bir hissəsi olaraq pasportsuz daxil olmaq üçün xüsusi razılaşma əldə edilib.
 
8. Vatikanın xüsusi miqrasiya yoxlanış xidməti yoxdur
 
Vatikanda heç bir yoxlanış xidməti yoxdur, lakin Papa 1 nömrəli Vatikan Pasportuna sahibdir.
 
9. Əksər amerikalıların ümumiyyətlə pasportu yoxdur
 
ABŞ Dövlət Departamentinə əsasın, 321 milyon 362 min 789 Amerika vətəndaşından yalnız 121 milyon 512 min 341 nəfərinin pasportu var.
 
10. Tonqa pasportları satarmış
 
Tonqada pasportlar 34 min manata (20 min dollar) satılarmış.
 
Bu Polineziya suveren dövlətinin keçmiş kralı IV Taufa'ahau Tupou-nun Tonqa pasportlarını vətəndaş olmayan şəxslərə sataraq, ölkənin gəlirini artırdığı deyilirdi.
 
11. Fin və Sloveniya pasportları cırtdan-kitaba bənzəyirlər
 
Əgər aeroportda gözləməkdən yorulmusunuzsa və Finlandiya və Sloveniya pasportunuz varsa, əyləncəli vaxt keçirə bilərsiniz.
 
Pasportunuzun vərəqlərini sürətlə irəli sürüşdürün və aşağı səhifələrdəki təsvirlər hərəkət edən şəkil əmələ gətirəcək.
 
12. Nikaraqua pasportunda dəyişiklik etmək çox çətindir
 
Nikaraqua pasportunda holoqramlar və su nişanları daxil olmaqla 89 fərqli təhlükəsizlik xüsusiyyəti mövcuddur.
 
Bu əlamətlər onu dünyanın ən çətin dəyişiklik etmək olan pasportuna çevirib.
 
13. Birləşmiş Krallıq Kraliçasının pasportu yoxdur
 
Çünki vətəndaşlarına pasport 'əta' edən odur.
 
Lakin gizli sənədlərinin pasporta ehtiyacı var.
 
Bu gizli sənədləri dünyaya çatdıran Kral/içanın Qasidləri (Queen's Messengers) adlı xüsusi işçilər mövcuddur və həmin sənədlər üçün pasport almaq lazımdır.
 
Deyilənlərə görə, bu cür 15 pasport var. /bbc /
 

 

Google+ WhatsApp ok.ru