Paytaxtda yaşayış binasında və anbarda yanğın olub

Paytaxtda yaşayış binasında və anbarda yanğın olub

-- Mənzilin və anbarın qalan hissəsi yanğından mühafizə olunub.

Paytaxtda yaşayış binasında yanğın baş verib.
 
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 36 kv.m olan 1 otaqlı mənzilin dəhlizinin tavanı 1 kv.m sahədə və binaya bitişik ümumi sahəsi 200 kv.m olan anbarın dam örtüyünün yanar konstruksiyaları 3 kv.m sahədə yanıb.
 
Mənzilin və anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
 

Google+ WhatsApp ok.ru