Paytaxtda baş vermiş yanğın söndürülüb - YENİLƏNİB/Video

Paytaxtda baş vermiş yanğın söndürülüb - YENİLƏNİB/Video

Bakı şəhəri, Xətai rayonunda yerləşən tikilidə (çay evi kimi fəaliyyət göstərir) yanğın hadisəsi baş verib.
 
Maide.Az xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi qüvvələri cəlb edilib.
 
Son məlumata görə, yanğın söndürülüb.
 
İlkin ehtimala görə, "Xəzər" kafesində baş verən yanğın hadisəsinə qaz sızması səbəb olub. Yanğın zamanı ölən və yaralanan yoxdur. 
 
***
Bakı şəhəri, Xətai rayonunda yerləşən çay evi kimi fəaliyyət göstərən tikilidə yanğın hadisəsi baş verib.
 
Maide.Az "FaktXəbər"-ə istinadla xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir. Yanğınsöndürmə və digər xilasetmə tədbirləri davam etdirilir.
 

Google+ WhatsApp ok.ru