Paytaxtda daha bir yol təmirə bağlanır

Bakıda daha bir yol təmirə bağlanır.
 
Maide.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətindən Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, bu gün axşam saatlarından etibarən, Salatın Əsgərova küçəsinin Mərdanov qardaşları küçəsi ilə kəsişməsindən Səməd Vurğun küçəsi ilə kəsişməsinə qədər olan hissəsində aparılan təmir işləri (asfalt örtüyünün yenilənməsi) ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
 
Sürücülərə alternativ olaraq Süleyman Rüstəm və Şəmsi Bədəlbəyli küçələrindən istifadə etmələri tövsiyə olunur.

Google+ WhatsApp ok.ru